Kateqoriyalar
Gürcüstan Universiteti beynəlxalq “Nature Index” reytinqinə əsasən ölkənin ən yaxşı universiteti elan edilib.
Aktual.ge xəbər verir ki, bu barədə sözügedən Universitet məlumat yayıb.
Bildirilib ki, “Nature Index” dünyada ən nüfuzlu 145 elmi jurnalın göstəricilərinə əsaslanaraq universitetlərin beynəlxalq elmi məhsuldarlığını və akademik tərəfdaşlıq səviyyəsini qiymətləndirir.
Reytinqdə birinci yer Gürcüstan Universitetinin yüksək keyfiyyətli elmi nəşrləri, aparıcı jurnallarda dərc olunan tədqiqatları, beynəlxalq elmi əməkdaşlıqlarda geniş iştirakı, inkişaf etmiş elmi infrastrukturu və güclü araşdırma mühiti ilə bağlıdır.
Ali təhsil ocağı bu nəticəni ölkənin elmi potensialının gücləndirilməsi istiqamətində mühüm nailiyyət kimi qiymətləndirib.
