ABŞ-da kriminal avtoritet Polad Ömərov barəsində hökm prosesi başlayıb
31.10.2025 00:05
3638
Kriminal
A
ABŞ-da kriminal avtoritet Polad Ömərov barəsində hökm prosesi başlayıb

ABŞ-da, Manhettenin federal məhkəməsində 46 yaşlı Rafet Amirov və 41 yaşlı Gürcüstan vətəndaşı Polad Ömərov barəsində hökmün elan olunması mərhələsi başlayıb.

Aktual.ge xəbər verir ki, bu barədə "Azadlıq Radiosu" məlumat verib.

"Onlar mart ayında 2022-ci ildə amerikalı-iranlı iranlı jurnalist Məsih Alinejadın sifarişli qətlinə cəhd ittihamı üzrə günahkar bilinmişdilər. Məsih Alinejad İran rejiminin tanınmış tənqidçisidir. ABŞ federal məhkəmələrində tez-tez belə hallar olur ki, hökmün elan edilməsi ilə cəzanın oxunması arasında bir neçə ay fasilə olur" , - məlumatda deyilir.

Qeyd edək ki, kriminal aləmin üzvləri Rafet Amirov və Polad Ömərov iranlı jurnalistin qətlini planlaşdırmaqda ittiham olunurlar. ABŞ Prokurorları çərşənbə ünü hər iki şəxs üçün 55 il müddətinə azadlıqdan məhrumetmə cəzası tələb ediblər. Amerikalı prokurorların sözlərinə görə, Rafet Amirov və Polad Ömərov Rusiyadakı mütəşəkkil cinayətkar qrupun üzvləridirlər.

ŞƏRH YAZ
14