ABŞ məhkəməsi Dmanisili kriminal avtoritetə 25 il həbs cəzası verib - VİDEO
01.11.2025 00:05
1455
Kriminal
A
ABŞ məhkəməsi Dmanisili kriminal avtoritetə 25 il həbs cəzası verib - VİDEO

Əslən Gürcüstanın Dmanisi bələdiyyəsinin Məmişli kəndindən olan kriminal avtoritet Polad Ömərov və Azərbaycandan olan kriminal avtoritet Rafət Əmirov ABŞ məhkəməsi tərəfindən 25 il müddətinə azadlıqdan məhrum ediliblər.

Aktual.ge xəbər verir ki, hər iki şəxs iranlı jurnalist Məsih Əlinejadın qətlinə yönəlmiş sifarişli qətl planında iştirak etməkdə təqsirli bilinib.

ABŞ Ədliyyə Departamentinin verdiyi məlumatına görə, onlar İran hökumətinin sifarişi ilə bu qətli planlaşdırıblar.

Qeyd olunur ki, ABŞ prokurorları hər iki şəxs üçün 55 il həbs cəzası tələb etsələr də, hakim onların barəsində 25 il azadlıqdan məhrumetmə qərarı çıxarıb.

Məhkəmə sənədlərinə və dəlillərə görə, Rafət Əmirov və Polad Ömərov Rusiya mafiyasının Azərbaycan qolunun yüksək səviyyəli üzvləri olublar.

ŞƏRH YAZ
10