“Novella” bədii-sənədli filmi bu axşam Aktual.ge-nin “Facebook” səhifəsində yayımlanacaq
02.11.2025 12:50
399
Mədəniyyət
A
“Novella” bədii-sənədli filmi bu axşam Aktual.ge-nin “Facebook” səhifəsində yayımlanacaq

Bu gün, 2 noyabr saat 20:00-da “Novella” bədii-sənədli filmi Aktual.ge xəbər portalının rəsmi "Facebook" səhifəsində təqdim olunacaq.

Aktual.ge xəbər verir ki, bu barədə filmin istehsalçısı “Aktual Media” məlumat yayıb.

Bildirilib ki, bədii-sənədli filmin çəkilişlərinə 2024-cü il martın 26-da başlanılıb və sentyabrın 20-də yekun vurulub. Ekran əsərinin ideya müəllifi və baş prodüseri “Aktual Media”nın qurucusu İlkin Hüseynov, ssenari müəllifi isə Elnur Vəlizadədir.

Qeyd olunub ki, filmin rəsmi dəstəkçisi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, sponsoru isə “Georgian Wings” Hava Yolları və yerli iş adamlarıdır. Ekran əsəri iki dildə – gürcü və Azərbaycan dillərində hazırlanıb. Filmin gürcü dilindəki versiyası ilk dəfə “Mtavari Arxi” telekanalında yayımlanıb. Daha sonra isə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin dəstəyi ilə bu ilin 28 fevral tarixində Marneuli şəhərində Azərbaycan dilindəki versiyası təqdim olunub. Film, həmçinin Qardabani şəhərində də nümayiş etdirilib. 


"Novella" bədii-sənədli haqqında:

"Novella" filmində ilk olaraq böyük uğurlar qazanmış 6 gənc qəhrəmanın - Hüquqşünas, vəkil Edda Qocayeva, Pineo klinikasının kardiologiya şöbəsinin rəhbəri Linda Mustafayeva, pianoçu, beynəlxalq festivallar laureatı Şaban Məmmədov, rəssam Emilya Hüseynova, ingilis dili müəllimi Samirə İsmayılova və stomatoloq Məmməd Muradovun həyat yolundan bəhs olunur. 

Film Gürcüstanın xalq müdafiəçisi Levan İoselianinin müsahibəsi ilə başlayır. O, öz çıxışında azərbaycanlıların Gürcüstanın sosial-iqtisadi inkişafında iştirakını yüksək qiymətləndirib:

“Azərbaycanlı gənclərin gürcü dilini öyrənməsi nəticəsində onlar Gürcüstan cəmiyyətində müxtəlif sahələrdə özlərinə iş tapa bilirlər. Artıq ikili təhsil proqramı başlayıb və bu, gələcəkdə daha yaxşı nəticələr verəcək. Azərbaycanlılar təkcə kənd təsərrüfatında deyil, həm də iqtisadiyyat, təhsil, səhiyyə və texnologiya kimi sahələrdə də fəal iştirak edirlər. Bu, onların cəmiyyətdəki rolunu daha da möhkəmləndirir və müxtəlif sahələrdə uğurlu layihələrin reallaşmasına töhfə verir”.

Daha sonra sıralaması ilə - Kardioloq Linda Mustafayeva, stomatoloq Mamed Muradov, vəkil Edda Qocayeva, rəssam Emilya Hüseynova, pianist/müğənni Şaban Məmmədov və müəllim Samirə İsmayılovanın həyat hekayəsini və uğurlarını əks etdirən müsahibələri ilə yekunlaşıb. 

ŞƏRH YAZ
4