Noyabrın 7-ə qədər Gürcüstanda nisbətən isti və əsasən yağıntısız hava gözlənilir.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Bildirilib ki, 4 noyabrda Kolxeti düzənliyində və Yuxarı İmeretidə şərq istiqamətli güclü külək əsəcək. Tbilisidə yağıntısız hava gözlənilir. Havanın temperaturu gündüz +17, +19° olacaq.
Ölkənin sahil bölgəsi - Batumi, Kobuleti, Anaklia və Potidə isə isti və yağıntısız hava gözlənilir. Havanın temperaturu gündüz +19, +21° olacaq.
Kvemo Kartlidə bölgəsi - Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvalidə əsasən yağıntısız hava gözlənilir. Havanın temperaturu gündüz +17, +19° olacaq.
Kaxeti bölgəsi - Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Qvareli, Axmeta və Dedoplistsxaroda əsasən yağıntısız hava gözlənilir. Havanın temperaturu gündüz +16, +18° olacaq.