Oktyabr ayında, əvvəlki ilin eyni dövrü ilə müqayisədə inflyasiya 5,2% təşkil edib.
Aktual.ge xəbər verir ki, bu haqda Milli Statistika Xidmətinin ("Saksat") məlumatında bildirilib.
Qeyd olunub ki, inflyasiyanın artımına ən böyük təsiri ərzaq qrupunda qiymətlərin 11,7%-lik artımı göstərib.
Oktyabr ayında ən çox bahalaşan məhsullar ərzaq qrupuna daxildir. Xüsusilə, ən çox qiyməti artan məhsul gavalı olub – onun qiyməti 109% yüksəlib. Armudun və limonun qiyməti isə 60% artıb.
Bundan əlavə, şokolad plitəsinin, xiyarın, dondurmanın və digər malların qiymətləri də əhəmiyyətli dərəcədə yüksəlib.
Okyabr ayında ən çox bahalaşan TOP-10 məhsul:
Gavalı – 109%
Armud – 60%
Limon – 60%
Yaşıl lobya – 52%
Xiyar – 50%
958 əyarlı qızıl nişan üzüyü – 43%
Şaftalı – 39%
Qarpız – 37%
Şokolad plitəsi – 32%
Dondurma – 26%