03.11.2025 16:33
255
Siyasət
A
"Gürcüstan hakimiyyətinin nümayəndələri güzgüyə baxıb reallığa göz qaldırsalar, yaxşı olardı" | Avropa Komissiyası

"Gürcüstan hakimiyyətinin nümayəndələri güzgüyə baxıb reallığa göz qaldırsalar, yaxşı olardı".

Aktual.ge xəbər verir ki, bu sözlərlə Avropa Komissiyasının sözçüsü Anita Hipper bu gün Parlamentin sədri Şalva Papuaşvilinin bəyanatına cavab verib.

Onun sözlərinə görə, “Gürcü Arzusu” repressiv rejim yolunu tutur, bu rejim isə dinc vətəndaşlara, mediaya və jurnalistlərə qarşı fəaliyyət göstərir.

O, "Gürcü Arzusu" komandasını cəmiyyətlə dialoqa qayıtmağa və zorakılığın daha da eskalasiya etməməsini təmin etməyə çağırıb.

“Gürcüstan hakimiyyətinin nümayəndələri güzgüyə baxıb reallığa göz qaldırsalar, yaxşı olardı. Onlar dinc vətəndaşlara, mediaya və jurnalistlərə qarşı fəaliyyət göstərən repressiv rejim yolunu tutublar. Əgər siz öz demokratiyanıza və davranış prinsiplərinizə inanırsınızsa, onda nə rəqiblərinizi, nə də günahsız insanları həbs etməyə ehtiyac hiss etmirsiniz” , – deyə Anita Hipper qeyd edib.

Xatırladaq ki, bu gün Parlamentin sədri Şalva Papuaşvili demişdi ki, “Bu həbslərə görə mənəvi və siyasi məsuliyyət Gürcüstandakı Aİ səfirinə və Finlandiyanın xarici işlər nazirinə aiddir”.

ŞƏRH YAZ
4