Kateqoriyalar
ABŞ Prezidenti Donald Trampın administrasiyası Meksikada narkokartellərə qarşı mübarizə üçün yeni hərbi missiyanın ətraflı planlaşdırılmasına başlayıb.
Aktual.ge Oxu-ya istinadən xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Fəaliyyətdə olan və keçmiş amerikalı məmurların sözlərinə görə, missiyaya yerüstü əməliyyatlar, o cümlədən laboratoriyalara və kartel liderlərinə qarşı dronlarla zərbələr daxil ola bilər. Lakin yekun qərar hələ qəbul edilməyib.
Təlimlər artıq başlayıb və hazırda əməliyyatın miqyası müzakirə olunur