13-16 noyabr tarixlərində Gürcüstanda gözlənilən hava şəraiti
13.11.2020 13:11
366
Maraqlı
A
13-16 noyabr tarixlərində Gürcüstanda gözlənilən hava şəraiti
13-16 noyabr tarixlərində Gürcüstanın bəzi bölgələrində az yağış yağacağı gözlənilir. Aktual.ge xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyindən məlumat verilib. Məlumata əsasən, 13-16 noyabr tarixlərində Gürcüstanın qərbində isti və əsasən yağmursuz hava şəraiti gözlənilir. Bəzi yerlərdə şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu aran rayonlarında gün ərzində +14, +19 dərəcə isti olacaq. Şərqi Gürcüstanın bəzi yerlərində isə yağış və duman müşahidə olunacaq, hava temperaturunun +9 ilə +14 dərəcə arasında dəyişəcəyi gözlənilir. 13-14 Noyabr tarixlərində Tbilisidə az yağış yağacağı, 15-16 Noyabrda isə yağmursuz hava şəraitinin hökm sürəcəyi gözlənilir. Hava istiliyi +11, +13 dərəcə olacaq.
ŞƏRH YAZ
1