Paşinyan: Azərbaycanla sülh qurulub, lakin əsas çətinlik yeni reallığı dərk etməkdir
04.11.2025 14:53
126
Siyasət
A
Paşinyan: Azərbaycanla sülh qurulub, lakin əsas çətinlik yeni reallığı dərk etməkdir

Siyasi mənada Ermənistan və Azərbaycan arasında münaqişə başa çatıb, lakin sosial-psixoloji baxımdan o davam edir.

Aktual.ge Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bunu ölkənin Baş naziri Nikol Paşinyan illik "Orbeli: Sülh və çoxtərəfli əməkdaşlıq quruculuğu" adlı beynəlxalq forumda çıxışı zamanı bildirib.

O qeyd edib ki, iki ölkə arasında artıq sülh qurulub, lakin əsas çətinlik indi diplomatiyada deyil, "yeni reallığı dərk etməkdədir".

"Mən sülhdən danışanda bu, çoxlarına qəribə və hətta yad görünür. Sülh - Ermənistan və Azərbaycan üçün tanış olmayan anlayış və yeni mühitdir", - Baş nazir bildirib.

Bundan əlavə, N.Paşinyan qeyd edib ki, ermənilərin Qarabağa qayıtması mövzusu təhlükəlidir: "Çünki bu, münaqişənin ilkin parametrlərinə qayıdış deməkdir".v

ŞƏRH YAZ
0