Konstitusiya Məhkəməsi
04.11.2025 15:09
610
Siyasət
A
Konstitusiya Məhkəməsi "Gürcü Arzusu"nun üç müxalif partiyanın ləğvi üzrə iddianı qəbul edib

Gürcüstanın Konstitusiya Məhkəməsi Parlamentin üç müxalifət partiyasının qadağan olunması ilə bağlı iddiasını qəbul edib.

Aktual.ge xəbər verir ki, sənəd məhkəmənin rəsmi saytında dərc edilib.

“Gürcü Arzusu”, “Avropa Sosialistləri” və “Xalqın gücü” partiyalarının müəllifi olduğu iddiada 88 deputatın imzası yer alıb.

Konstitusiya məhkəməsi bunu əsaslandırılmış hesab edib və baxılması üçün plenuma göndərib.

İş üzrə dinləmələr 9 aya qədər davam edəcək.

Qeyd edək ki, "Gürcü Arzusu"nun iddiasında "Vahid Milli Hərəkat" partiyası, “Dəyişikliklər üçün Koalisiya” və “Lelo - Güclü Gürcüstan” partiyasının Gürcüstan Konstitusiyasına zidd elan edilərək ləğvi tələb olunur.

ŞƏRH YAZ
12