TƏCİLİ XƏBƏR: Marneulidə ət qiyməsində eşşək DTN-si aşkarlanıb
04.11.2025 16:10
6674
Hadisə
A
TƏCİLİ XƏBƏR: Marneulidə ət qiyməsində eşşək DTN-si aşkarlanıb

Ət qiyməsinin tərkibində eşşək DNT-si aşkarlanıb.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Qida Təhlükəsizliyi Milli Agentliyi yayıb.

Agentliyin məlumatına görə, Kvemo Kartli departamentinin inspektorları dövlət nəzarəti çərçivəsində ət və ət məhsullarının növ tərkibini araşdırmaq məqsədilə istehsal və satış obyektlərindən nümunələr götürərək akkreditə olunmuş laboratoriyada yoxlayıblar.

Laborator müayinənin nəticəsində iki nümunədə eşşək DNT-si aşkarlanıb:

  • - Ət qiyməsi – istehsalçı: fərdi sahibkar 'Sabir Çildırli' (iaşə obyekti), ünvan: Marneuli, A. Ağmaşenebeli küç. 2a (bazarın yaxınlığı), istehsal tarixi: 29.10.2025;

  • - Ət qiyməsi – istehsalçı: fərdi sahibkar 'Famil Maqarov' (iaşə obyekti), ünvan: Marneuli, A. Ağmaşenebeli küç. №2a (bazarın yaxınlığı), istehsal tarixi: 29.10.2025.

Məlumatda deyilir:

“Göstərilən qida məhsulları satışdan çıxarılıb. Biznes operatorlarının istehsal prosesi dayandırılıb və materiallar əlavə tədbirlər görülməsi üçün aidiyyəti qurumlara göndərilib”.

ŞƏRH YAZ
3