“Bu mərhələdə Gürcüstanın Avropa İttifaqına aparan yolu yoxdur”.
Aktual.ge xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib.
“Vəziyyət sərt şəkildə dəyişmədikcə, Gürcüstanın namizəd statusu sadəcə ad olaraq qalır” , - deyən Kaya Kallas qeyd edib:
“Genişlənmə bir zərurətdir, fürsət pəncərəsi tez-tez açılmır, hazırda isə o açıqdır və bundan istifadə edilməlidir. Hesabat Ukrayna, Moldova, Monteneqro və Albaniya üçün müsbətdir. Serbiya, Şimali Makedoniya, Kosovo, Bosniya və Herseqovina, həmçinin Türkiyə üçün qiymətləndirmə qarışıqdır, Gürcüstan üçün isə mənfidir. Monteneqro Avropa İttifaqına üzvlük prosesində ən çox irəliləmiş ölkədir.
Bu mərhələdə Gürcüstanın Avropa İttifaqına aparan yolu yoxdur, vəziyyət sərt şəkildə dəyişməyincə. Gürcüstanın namizəd statusu yalnız addır” , - deyə Kaya Kallas vurğulayıb.