“Gürcüstan hökuməti, siz xalqınızı Avropa İttifaqına aparmırsınız, siz xalqınızı Avropa İttifaqından uzaqlaşdırırsınız. Əgər siz doğrudan da Avropa İttifaqı məsələsinə ciddi yanaşırsınızsa, onda xalqınıza qulaq asın və müxalifət liderlərini, jurnalistləri, sizdən fərqli düşünən insanları həbs etməyi dayandırın. Bundan sonra biz danışa bilərik”.
Aktual.ge xəbər verir ki, bunu Avropa Komissarı Marta Kos Gürcüstanla bağlı keçirdiyi brifinq zamanı jurnalistin sualına cavab olaraq deyib.
O həmçinin qeyd edib ki, noyabr ayında yeni viza dayandırma mexanizmi qüvvəyə minəcək və bu, Gürcüstanla bağlı növbəti addımların atılmasını mümkün edəcək:
“Əlbəttə ki, konkret tədbirlərin görülməsi üzv ölkələrin səlahiyyətindədir, amma ümid edirəm ki, noyabr ayında biz vizanın dayandırılması üzrə yeni mexanizmi qəbul edəcəyik və bu, bizə növbəti addımları atmaq imkanı verəcək. Gürcüstan xalqına çox vacib bir mesajım var – xüsusən də ona görə ki, hökumət vətəndaşlara guya ölkəni Avropa İttifaqına apardıqlarını deyir. Gürcüstan hökuməti, siz öz xalqınızı Avropa İttifaqına aparmırsınız, siz xalqınızı Avropa İttifaqından uzaqlaşdırırsınız. Əgər doğrudan da Avropa İttifaqı məsələsinə ciddi yanaşırsınızsa, onda xalqınıza qulaq asın və müxalifət liderlərini, jurnalistləri, sizdən fərqli düşünən insanları həbs etməyi dayandırın. Bundan sonra biz danışa bilərik” , - deyə Marta Kos vurğulayıb.