Parlamentin sədri Avropa İttifaqının Gürcüstanla bağlı hesabatına sərt cavab verdi
04.11.2025 18:57
467
Siyasət
A
Parlamentin sədri Avropa İttifaqının Gürcüstanla bağlı hesabatına sərt cavab verdi

Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili Avropa İttifaqının bugünkü genişlənmə hesabatını sərt tənqid edib.

Aktual.ge xəbər verir ki, o deyib ki, hesabatın Gürcüstanla bağlı bölməsi "ağ sapla tikilib", ölkənin tərəqqisini ölçən hissəsi isə quru və lakonik, siyasi hissəsi isə kəskin aqressiv və ədalətsizdir.

Onun sözlərinə görə, Aİ-nin idarəedici qurumları dialoqdan yayınır və təkəbbürlü münasibət göstərir: "Əgər kimsə bu ədalətsiz, qərəzli, antidemokratik və dağıdıcı münasibət nəticəsində uğursuzluğa düçar olursa, bu, məhz Avropa İttifaqının indiki idarəedici institutlarıdır".

Parlamentin sədri qeyd edib ki, Brüssel əvvəlcə gücləndirmək üçün yaratdığı Avropa dəyərlərindən uzaqlaşıb, demokratiya və insan haqlarının müdafiəçisi əvəzinə tənqidçiləri susdurmağa, opponentləri aradan qaldırmağa çalışan ideolojiləşdirilmiş bürokratik aparat qalıb.

Şalva Papuaşvili əlavə edib ki, bu gün Avropa komissarları və hesabatda səslənən yalan xəbərlər fonunda gürcü xalqına qarşı düşmən addımların atılmasını istisna etmək çətindir.

"Biz uzun müddətdir Avropa bürokratlarının güclənən və tez-tez səslənən düşmənçilik ritorikasını müşahidə edirik. Onların zərər verdiyi yeganə tərəf özləridir – Avropaya inteqrasiya və xalqlararası münasibətlərdə təsir göstərməyə çalışmaları nəticəsində özlərini ifşa edirlər. Təbii ki, gürcü xalqı buna imkan verməyəcək" - deyib Şalva Papuaşvili.

Xatırladaq ki, bu gün, 4 noyabr Avropa İttifaqı Gürcüstanla bağlı hesabat verib. Bildirilib ki, 2024-cü il sentyabrın 1-dən 2025-ci il sentyabrın 1-dək olan dövr ərzində Gürcüstanda demokratiyanın vəziyyəti əhəmiyyətli geriləmə ilə xarakterizə olunub.

ŞƏRH YAZ
12