TƏCİLİ XƏBƏR: Polis “Oğru aləmi”nə qarşı xüsusi əməliyyat keçirib, Mirzə Əliyev atışmada öldürülüb
05.11.2025 11:57
1941
Kriminal
A
TƏCİLİ XƏBƏR: Polis “Oğru aləmi”nə qarşı xüsusi əməliyyat keçirib, Mirzə Əliyev atışmada öldürülüb

Hüquq-mühafizə orqanları “oğru aləminə üzv olma”, “oğru aləminin fəaliyyətini dəstəkləmə” və “oğru aləminin üzvünə müraciət etmə” ittihamı ilə 34 nəfəri saxlayıb, bir neçə nəfərə isə qiyabi ittiham irəli sürülüb.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilən brifinqdə nazir müavini Aleksandre Daraxvelidzenin bildirib.

Nazir müavini ki, Laqodexi bələdiyyəsinin Qabal kəndində polis əməliyyatı zamanı saxlanılacaq şəxslərdən biri Mirzə Əliyevi xüsusi təyinatlılara atəş açıb və cavab atəşi nəticəsində zərərsizləşdirilib.

Onun sözlərinə görə, əməliyyat çərçivəsində [Levan Jangveladze işi üzrə] təqsirləndirilən şəxs - David Mikadzenin mühafizə rəisi David Çubinidze saxlanılıb. Nazir müavininin açıqlamasına əsasən, David Çubinidze və David Mikadze əvvəlcədən əlbir olaraq, Vaxtanq Kobiaşvilinin adına qeydiyyatda olan 5 ədəd odlu silahı ələ keçiriblər və onlardan birini qanunsuz şəkildə üçüncü şəxsə satıblar.

“Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən beş cinayət işi üzrə aparılan genişmiqyaslı əməliyyat nəticəsində 'oğru aləminə üzv olma', 'oğru aləminin fəaliyyətini dəstəkləmə' və 'oğru aləminin üzvünə müraciət etmə' ittihamı ilə 34 nəfər saxlanılıb. Onlardan 7 nəfər, o cümlədən iki məhbus, dörd xaricdə yaşayan şəxs və bir 'qanuni oğru'ya qiyabi ittiham irəli sürülüb.

Əməliyyat zamanı Laqodexi rayonunun Qabal kəndində saxlanılması planlaşdırılan, 1973-cü il təvəllüdlü Mirzə Əliyev xüsusi təyinatlılara intensiv atəş açıb. Nəticədə xüsusi təyinatlılardan biri döş qəfəsindən ağır yaralanıb. Polis tərəfindən açılan cavab atəşi nəticəsində Mirzə Əliyev yerindəcə zərərsizləşdirilib. Əməliyyat Mərkəzi Kriminal Polis, Tbilisi, Kaxeti, Mtsxeta-Mtianeti və Xüsusi Tapşırıqlar Departamentlərinin əməkdaşları tərəfindən ölkə üzrə eyni vaxtda həyata keçirilib.

Cinayətlərə görə 15 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur", - Aleksandre Daraxvelidze bildirib.

Nazir müavini qeyd edib ki, proseslərdə kriminal avtoritet Elmuraz Məmmədov da aktiv iştirak edib və mühüm rol oynayıb.

"Bir neçə ay ərzində aparılan gizli istintaq tədbirləri və əldə olunan sübutlar nəticəsində müəyyən olunub ki, saxlanılan 'oğru aləminin' üzvləri və dəstəkçiləri vətəndaşlar arasında yaranan maliyyə mübahisələrinin həllinə müdaxilə edib, xaricdə yaşayan 'qanuni oğrular'la əlaqə saxlayıb və onlardan aldıqları tapşırıqları yerinə yetiriblər.

Həmçinin müəyyən edilib ki, təqsirləndirilən şəxslərin iştirakı ilə 'oğru aləmi'nin adətincə 'razborkalar' təşkil olunub, şərtləri pozanlara cərimə tətbiq olunub və onlara ölüm hədələri verilib. Bu cinayət fəaliyyətində digər şəxslərlə yanaşı kriminal avtoritet Elmuraz Məmmədov da aktiv iştirak edib və mühüm rol oynayıb.

Polis tərəfindən aparılan axtarışlar zamanı təqsirləndirilən şəxslərin evlərindən kompüter avadanlıqları, mobil telefonlar (xaricdəki 'qanuni oğrular'la əlaqə vasitəsi kimi istifadə olunan), narkotik maddələr, odlu silahlar və böyük məbləğdə pul sübut kimi götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 223-cü maddəsinin 1-ci hissəsi, 223-cü 'tersia' maddəsinin 2-ci hissəsi, 223-cü 'prima' maddəsinin 1-ci və 2-ci hissələri, həmçinin 109-cu və 181-ci maddələri ilə aparılır.

Eyni kompleks əməliyyat çərçivəsində Tbilisi Polis Departamentinin əməkdaşları tərəfindən David Mikadzenin mühafizə rəisi David Çubinidze saxlanılıb. Onun barəsində istintaq Cinayət Məcəlləsinin 236-cı maddəsinin 6-cı və 237-ci maddəsinin 3-cü hissələri ilə aparılır.

İstintaq müəyyən edib ki, 2021-ci ilin sentyabr ayında David Çubinidze və David Mikadze əvvəlcədən əlbir olaraq Vaxtanq Kobiaşvilinin adına qeydiyyatda olan 5 ədəd odlu silahı ələ keçiriblər və onlardan birini qanunsuz şəkildə üçüncü şəxsə satıblar.

Bu iş üzrə David Mikadzenin mühafizə rəisi David Çubinidze saxlanılıb, Mikadzenin özünə isə ittiham qiyabi irəli sürüləcək.

Gürcüstan Daxili İşlər Nazirliyi təşkil edilmiş cinayətkarlığa qarşı barışmaz mübarizəni davam etdirəcək və hər cür müqavimətə baxmayaraq, ölkəmizdə cinayətkarlığın tarixi minimum səviyyəyə endirilməsini təmin edəcək” , – deyə Aleksandre Daraxvelidze qeyd edib.

ŞƏRH YAZ
7