Bu Avropa ölkəsi Gürcüstan vətəndaşlarının deportasiyasına başlayıb - VİDEO
05.11.2025 14:09
342
Dünya
A
Bu Avropa ölkəsi Gürcüstan vətəndaşlarının deportasiyasına başlayıb - VİDEO

İrlandiya Gürcüstan vətəndaşlarının deportasiyasına başladı

İrlandiya hökuməti rəsmi olaraq Gürcüstan vətəndaşlarının deportasiyasına start verib.

Çarter reysi ilə 52 nəfər – 35 kişi, 10 qadın və 7 uşaq – ölkədən çıxarılıb. Uçuş Dublin hava limanından, Daxili İşlər Nazirliyinin koordinasiyası ilə həyata keçirilib.

Rəsmi açıqlamaya əsasən, deportasiya edilənlərin sığınacaq müraciətləri rədd edilib və bütün hüquqi prosedurlar tamamlandıqdan sonra qərar icra olunub.

Daxili işlər naziri Cim O’Kallahan bildirib ki, tədbir Aİ-nin miqrasiya qaydalarına uyğun aparılıb və məqsəd sistemin qanuniliyini qorumaqdır.

Mediyanın məlumatın görə, əməliyyat dövlətə təxminən 187 min avroya başa gəlib.

ŞƏRH YAZ
1