06.11.2025 12:59
279
Dünya
A
"Rusiya-Azərbaycan-Gürcüstan-Ermənistan marşrutu ilə ilk taxıl qatarı Ermənistana daxil olur" | Paşinyan

“Bu gün Rusiya-Azərbaycan-Gürcüstan-Ermənistan marşrutu ilə ilk taxıl qatarı Ermənistana daxil olur”. 

Aktual.ge xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

O qeyd edib ki, bu hadisə Vaşinqtonda əldə olunmuş razılaşmalar və Vaşinqton Bəyannaməsinin müddəalarının həyata keçirilməsi baxımından mühüm mərhələdir.

“Bir daha təsdiqləyirəm: Ermənistan artıq bu gün və ya sabahdan etibarən Marqara-Kornidzor istiqamətində, eləcə də əks istiqamətdə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana yükdaşımaları təmin etməyə hazırdır. Təxminən yarım saatdan sonra həm Kornidzor, həm də Marqara tərəfdən yük maşınları sərhəd-keçid məntəqəsinə yaxınlaşalar, bu keçidi xidmətə açmağa tam hazırıq”, - deyə Nikol Paşinyan qeyd edib.

ŞƏRH YAZ
4