Marneulidə yükdaşıma ilə məşğul olan “Volqa” sürücüləri patrul polisinin onlara qarşı davamlı cərimə tətbiq etməsindən şikayətlənirlər. Onların sözlərinə görə, eyni polis əməkdaşı tərəfindən dəfələrlə cərimələnmələri təsadüfi deyil və məqsədyönlü xarakter daşıyır.
Sürücülər bildirirlər ki, Tbilisidə eyni yüklə hərəkət etdən sürücülərə qarşı polis heç bir irad bildirmir. Lakin bu halın yalnız Marneulidə, konkret bir patrul polis əməkdaşı tərəfindən təkrarlanması onların narahatlığına səbəb olub.
Onlar vurğulayırlar ki, ailələrini dolandırmaq üçün yeganə gəlir mənbələri məhz yükdaşıma fəaliyyətidir. Sürücülər yaranmış vəziyyətin araşdırılması və ədalətli qərarın verilməsi üçün aidiyyəti qurumlardan dəstək gözləyirlər.
Minik avtomobillə yük daşıyıcı sürücüləri onlara kömək edilməsə nəqliyyat vasitələrini Marneuli Meriyasının önündə saxlayacaqlarını söyləyiblər.
Daha ətraflı Salo Salahlının video süjetini təqdim edirik: