Dmanisidə dəhşətli qətl
07.11.2025 11:26
1489
Siyasət
A
Dmanisidə dəhşətli qətl

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Dmanisi Rayon Şöbəsinin əməkdaşları “isti izlərlə” həyata keçirdikləri operativ-axtarış və istintaq tədbirləri nəticəsində, qəsdən adam öldürməkdə şübhəli bilinən, əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş, 1979-cu il təvəllüdlü C.A.-nı saxlayıblar.

Aktual.ge xəbər verir ki, cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

İstintaqla müəyyən edilib ki, sərxoş vəziyyətdə olan C.A. və D.D. arasında baş vermiş mübahisə fiziki qarşıdurmaya çevrilib. Nəticədə D.D. tarazlığını itirərək pilləkənlərdən yıxılıb və beton plitəyə düşüb. Aldığı xəsarətlər nəticəsində D.D. hadisə yerində ölüb. Təqsirləndirilən şəxs izləri gizlətmək məqsədilə meyiti öz evinin həyətində basdırıb.
Kvemo Kartli polisi, istintaq eksperimenti zamanı D.D.-nin meyitini təqsirləndirilən şəxsin evinin həyətində aşkarlayıb.
Hüquq-mühafizə orqanları C.A.-nı hadisədən dərhal sonra şübhəli şəxs qismində saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) üzrə istintaq aparılır.

ŞƏRH YAZ
5