Rəsmi hava proqnozu elan edildi: +23 dərəcə isti gözlənilir
07.11.2025 11:46
484
Maraqlı
A
Rəsmi hava proqnozu elan edildi: +23 dərəcə isti gözlənilir

11 noyabra qədər Gürcüstanda isti və əsasən yağıntısız hava şəraiti davam edəcək.

Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Agentliyin məlumatına əsasən, Tbilisidə isti və yağıntısız hava gözlənilir, gündüz hava temperaturu +21, +23 dərəcə olacaq.

Ölkənin sahil bölgəsində - Batumi, Kobuleti, Anakliya və Potidə isti və yağıntısız hava olacaq. Gündüz temperatur +21, +23 dərəcə olacaq.

Kvemo Kartli bölgəsində - Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori və Tskhinvalidə əsasən yağıntısız hava gözlənilir. Gündüz temperatur +21, +23 dərəcə olacaq.

Kaxeti bölgəsində - Saqareco, Telavi, Qurcaani, Siqnaği, Laqodexi, Qvareli, Axmeta, Dedoplistsxaroda əsasən yağıntısız hava gözlənilir. Gündüz temperatur +22, +24 dərəcə olacaq.

ŞƏRH YAZ
2