Acarada azyaşlı qıza qarşı seksual cinayət törədən 30 yaşlı oğlan saxlanılıb
07.11.2025 11:54
271
Kriminal
A
Acarada azyaşlı qıza qarşı seksual cinayət törədən 30 yaşlı oğlan saxlanılıb

Acarada, əvvəlcədən müəyyən edilmiş məlumatlara görə, azyaşlının zorlanması ittihamı ilə 30 yaşlı kişi saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, 1995-ci ildə anadan olmuş, əvvəllər məhkum edilmiş G.T. adlı şəxs tutulub.

Qurumun məlumatına görə, istintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs azyaşlı qıza qarşı cinsi xarakterli cinayət törədib.

"Aparılmış operativ və istintaq tədbirləri nəticəsində polis G.T.-ni cinayəti törətdikdən qısa müddət sonra təqsirləndirilən şəxs qismində saxlayıb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 137-ci maddəsinin 4-cü hissəsi üzrə aparılır. Bu cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur" , - DİN-in məlumatında qeyd olunub.

ŞƏRH YAZ
2