Tbilisidə mağazada baş verən zorakılıq hadisə ilə bağlı daha bir nəfər saxlanılıb
07.11.2025 11:29
903
Siyasət
A
Tbilisidə mağazada baş verən zorakılıq hadisə ilə bağlı daha bir nəfər saxlanılıb

Tbilisi Polis Departamentinin Vake–Saburtalo Baş İdarəsinin əməkdaşları keçirdikləri operativ və istintaq tədbirləri nəticəsində qrup halında zorakılığın təşkilində və ona qoşulmaqda təqsirləndirilən daha bir şəxsi – 1997-ci il təvəllüdlü Ş.A.-nı saxlayıblar.

Aktual.ge xəbər verir ki, bu cinayət işi çərçivəsində artıq bir neçə nəfər – 1970-ci il təvəllüdlü Manana Giorqobiani, 1996-cı il təvəllüdlü C.Ç., 2000-ci il təvəllüdlü L.Q., 1999-cu il təvəllüdlü D.P. və 1995-ci il təvəllüdlü D.K. hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Cinayət 9 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

İstintaqla müəyyən edilib ki, 2 noyabr gecəsi Tbilisidə, təqsirləndirilən şəxs bir neçə nəfərlə birlikdə supermarketin iki əməkdaşına qarşı qrup halında zorakılıq törədib.

Araşdırmalar nəticəsində hüquq-mühafizə orqanları hadisədə iştirak edən bütün şəxslərin kimliyini müəyyən edib və onları təqsirləndirilən şəxs qismində saxlayıblar.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 225-ci maddəsinin birinci və ikinci hissələri ilə aparılır — bu maddə qrup halında zorakılıq və onun təşkilini nəzərdə tutur.

ŞƏRH YAZ
2