Prokurorluq Mirzə Əliyevlə bağlı detalları açıqladı
07.11.2025 13:19
367
Siyasət
A
Prokurorluq Mirzə Əliyevlə bağlı detalları açıqladı

Daxili İşlər Nazirliyində aparılan istintaqla müəyyən edilib ki, oğru aləminin üzvləri və onların fəaliyyətini dəstəkləməkdə ittiham olunan şəxslər, tərəflərin müraciəti əsasında – həm xaricdə yaşayan “qanuni oğruların” tapşırığı ilə, həm də müstəqil şəkildə – müntəzəm olaraq “oğru mübahisələri” təşkil edərək tərəflər arasındakı maliyyə borclarını həll edib və vətəndaşlardan pul tələb ediblər.

Aktual.ge xəbər verir ki, məlumata görə, istintaq həmçinin müəyyən edib ki, “qanuni oğru” həbsxanada olan bir məhbus barədə cəza tədbirləri görülməsi üçün “oğru aləmi” üzvlərinə və onların tərəfdarlarına göstəriş verib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, xüsusi əməliyyat zamanı hüquq-mühafizə orqanlarına atəş açan və cavab atəşi nəticəsində zərərsizləşdirilən “oğru aləminin” dəstəkçisi Mirza Əliyev, “oğru aləminə” ödənilməli olduğu məbləğin rüsumu azaltmaq məqsədilə bu aləmin üzvlərinə və kriminal avtoritetlərə müraciət edib.


Məsələnin həlli üçün “oğru aləminin” üzvləri arasında danışıqlar və “mübahisələr” aparılıb. Bu müddət ərzində Mirza Əliyev həbsdə olan bir kriminal avtoritetə maliyyə yardımı göstərib.
Nəticədə “oğru mübahisəsi” yolu ilə razılıq əldə olunub və Mirza Əliyev “oğru aləminin” üzvlərinə ümumilikdə 6000 ABŞ dolları verib.

İstintaq nəticəsində 34 nəfər saxlanılıb, 6 nəfərə ittiham qiyabi, 3 nəfərə isə penitensiar müəssisədə təqdim olunub.

Təqsirləndirilən şəxslər “oğru aləminin üzvü olmaqda”, “qanuni oğruluq”, “oğru aləminin fəaliyyətini dəstəkləməkdə”, “qanuni oğruya və ya oğru aləmi üzvünə müraciət etməkdə”, həmçinin atıcı silahı qanunsuz əldə etmək və saxlamaqda ittiham olunurlar.
Bu cinayətlər 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Prokurorluğun vəsatəti əsasında təqsirləndirilənlərin bir hissəsinə həbs qətimkan tədbiri, istintaqla əməkdaşlıq edən bir nəfərə isə 3000 lari məbləğində girov təyin edilib. Qalan şəxslər barəsində qətimkan tədbiri ilə bağlı qərarı məhkəmə qanunla müəyyən olunmuş müddətdə verəcək.

ŞƏRH YAZ
5