Baş nazir: Qarşıdakı üç il ərzində Gürcüstanda seçkilər keçirilməyəcək
07.11.2025 14:22
268
Siyasət
A
Baş nazir: Qarşıdakı üç il ərzində Gürcüstanda seçkilər keçirilməyəcək

“Bu gün ölkəmizdə sabitlik var və düşünürəm ki, Gürcüstanda sabit mühiti qoruyub saxlayacağıq. Bu isə ölkənin inkişafının açarıdır”.

Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "TRT World"a müsahibəsində deyib.

Hökumət başçısının sözlərinə görə, son bir neçə il ərzində ölkə çoxsaylı çağırışlarla üz-üzə qalıb, xüsusilə də 2020-ci il parlament seçkilərindən sonra.

Baş nazir qeyd edib ki, qarşıdakı üç il ərzində Gürcüstanda seçkilər keçirilməyəcək.

“Ölkədə çevrilişə cəhdin beş müxtəlif forması ilə qarşılaşdıq, lakin indi vəziyyət tamamilə sabitdir və bizim ardıcıl siyasətimiz nəticəsində situasiyanı stabilləşdirməyə nail olduq. Müxalifət isə son illərdə atılan addımlar səbəbindən ciddi şəkildə zəifləyib.

Hazırda bizdə sabitlik var. Qarşıdakı üç il ərzində seçkilər keçirilməyəcək və bu o deməkdir ki, biz tam şəkildə ölkənin inkişafına fokuslana bilərik. Son illərdə ölkənin yaşadığı bütün cəhdlərə, bütün o turbulentliklərə baxmayaraq, biz iqtisadi inkişafın çox yüksək templərini nümayiş etdirdik və indi diqqətimizi tam şəkildə buna yönəltmişik” , - deyə İrakli Kobaxidze qeyd edib.

ŞƏRH YAZ
19