Marneuli və Hucabi yeparxiyası Şincikaşvilinin bəyanatına belə reaksiya verdi
07.11.2025 14:33
465
Siyasət
A
Marneuli və Hucabi yeparxiyası Şincikaşvilinin bəyanatına belə reaksiya verdi

Kvemo Kartlinin keçmiş qubernator müavini, hazırda isə "Gürcü Arzusu" partiyasının Kvemo Kartli regional ofisinin rəhbəri Giorgi Şincikaşvilinin müvafiq bəyanatına Marneuli və Hucabi yeparxiyası münasibət bildirib.

Aktual.ge xəbər verir ki, yeparxiyanın rəsmi "Facebook" səhifəsində qeyd olunub ki, Giorgi Camdeliani ambiondan Giogi Şincikaşvilinin adını dilinə gətirməyib.

Marneuli və Hucabi yeparxiyasının bəyanatını olduğu kimi təqdim edirik:

"Sosial şəbəkədə Giorgi Şincikaşvili tərəfindən yayımlanmış, Bolnisi Rayon Məhkəməsinə Marneuli və Hucabi yepiskopu Giorgi Camdeliani əleyhinə verilmiş şikayətlə bağlı açıqlamaya münasibət bildirmək istəyirik. Həmin şikayətdə iddia olunur ki, guya yepiskop Giorgi ambiondan Giorgi Şincikaşvilinin adını çəkib və onun şərəf və ləyaqətini alçaldıb.

Qeyd olunan xütbədə və Yepiskopluğun qərarında yepiskop Giorgi heç bir şəxsiyyətin identifikasiyasını aparmayıb, çünki onun xəbərdarlığı və Yepiskopluq Məhkəməsinin qərarı insanı tövbəyə gətirməyə xidmət edirdi - 'Çünki mən günahkarın ölümünü istəmirəm, onun tövbə edib nicat tapmasını istəyirəm'.

Lakin sonrakı hadisələr göstərdi ki, tövbə əvəzinə yepiskopun əleyhinə bir neçə böhtan kampaniyası və təxribat planlaşdırılıb. Bu müddət ərzində biz səbir, insanpərvərlik və bağışlama prinsipi ilə prosesi müşahidə edirdik və ictimai açıqlamalardan çəkinirdik, lakin yuxarıda adı çəkilən şəxs bu prinsipi pozdu.

Bildiririk ki, ruhani rəhbərin mövqeyi və baxışları dəyişməz olaraq qalır!

P.S. Xatırladırıq ki, təqdim edilmiş izahat, iddiaya cavab xarakteri daşıyır və orada qaldırılmış məsələlər qanunla müəyyən olunmuş qaydada, iddianın qəbulundan sonra iddiaçıya göndərilib.

Xatırladırıq ki, izahatın təqdim edilməsi ədalət mühakiməsinin başa çatması demək deyil və bu, iddiaçıya hakim səlahiyyətini öz üzərinə götürmək, şəxsi maraqlarına uyğun olaraq cəmiyyəti çaşdırmaq, interpretasiya vermək və öz istədiyi 'qərarı çıxarmaq' hüququ vermir.

Yenə xatırladırıq ki, bu iş hal-hazırda davam edir və məhkəmədə araşdırılmalıdır.

Sadalanan bəndlərə gəlincə, hər birinə qanun çərçivəsində cavab verilib və bəli minbərdən heç bir şəxsin adı və soyadı səsləndirilməyib.

Gəlin, hadisələrin qarşısını almayaq, provokasiyaya uymayaq və məhkəmənin araşdırmasını və müvafiq qərarını gözləyək".

Giorgi Şincikaşvilinin bəyanatı

ŞƏRH YAZ
1