Marneuli Mərkəzi Həzrət İmam Əli (əleyhissalam) Məscidinin axundu və imamcüməsi Hacı Hacıyev 7 noyabr tarixindəki Cümə xütbəsində Tbilisidə bir supermarketdə Dmanisi və Qaraçöpdən olan konsultantlara qarşı qrup halında, etnik zəmin üzərində törədilmiş zorakılığı kəskin şəkildə tənqid edib.
Aktual.ge xəbər verir ki, o, bu məsələ ilə bağlı hökumətə müraciət edərək deyib ki, əgər bu kimi halların qarşısı alınmasa, vəziyyət pisə doğru gedəcək.
Hacı Hacıyev həmçinin “Volqa” markalı yükdaşıyıcı avtomobillərin sürücülərinə qarşı tətbiq edilən cərimələr məsələsinə də toxunub və sürücüləri müdafiə edib.
Xütbəsinin sonunda o, Marneulinin yeni Bələdiyyə Məclisinin ədalətli qərarlar verəcəyinə və insanların mənafeyi üçün çalışacağına ümid etdiyini ifadə edib.
Daha ətraflı Hacı Hacıyevin xütbəsini video formatında təqdim edirik: