BMT-nin bu gün açıqladığı məlumata görə, oktyabr ayında qida qiymətləri ardıcıl olaraq ikinci ay da azalıb. Bu azalma əsasən qlobal bazarlarda mövcud olan bol ehtiyatlarla əlaqələndirilir.
Aktual.ge xəbər verir ki, bu barədə "Reuters" agentliyi xəbər yayıb.
Xüsusilə, dünyanın ən çox satılan ərzaq məhsullarını əhatə edən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qiymət indeksi oktyabr ayında orta hesabla 126,4 bənd təşkil edib ki, bu da sentyabr ayındakı 128,5 bənddən azdır.
Bu göstərici həmçinin 2024-cü ilin oktyabr səviyyəsindən bir qədər aşağı, 2022-ci ilin martında qeydə alınan pik səviyyədən isə 21,1% azdır.
Bununla yanaşı, FAO bu il üçün qlobal taxıl istehsalı proqnozunu rekord 2,99 milyard tonadək artırıb. Bir ay əvvəl bu rəqəm 2,971 milyard ton səviyyəsində gözlənilirdi.
Yeni proqnoz 2024-cü ilin məhsulu ilə müqayisədə 4,4% daha çoxdur.