Ölkədə pandemiyanın son vəziyyəti müzakirə edilib - Qaydalar sərtləşdiriləcək
13.11.2020 14:52
680
Maraqlı
A
Ölkədə pandemiyanın son vəziyyəti müzakirə edilib - Qaydalar sərtləşdiriləcək
Gürcüstanda mövcud epidemioloji vəziyyət və tətbiq olunan nöqtə məhdudiyyətləri müzakirə edilib. Aktual.ge xəbər verir ki, bu gün Baş nazir Giorgi Qaxarianın sədrliyi ilə videokonfrans formatında İdarələrarası Koordinasiya Şurasının iclası baş tutub. Hökumət Administrasiyasından verilən məlumatda deyilir: Şura üzvləri dünya üzrə koronavirusa yoluxma sayının artaraq 53 milyonu keçməsindən və daha bir rekord sayının artan dinamikasından danışıblar. Koronavirus infeksiyası hallarının artmasına baxmayaraq, ölkədə nöqtə və lokal məhdudiyyətlərdən istifadə strategiyasını davam etdirildiyi və sistemli məhdudiyyətlərin tətbiq edilməsinin planlaşdırılmadığı qeyd edilib. İclasda söhbət 9 noyabrda qüvvəyə minən nöqtə məhdudiyyətlərinin tətbiqi prosesinə yönəlib. Bu baxımdan müəyyən edilmiş qaydaların icrasına nəzarət daha da sərtləşdiriləcəkdir. Şura üzvləri həmçinin xəstəxana sektorunda sıxlığın qarşısını almaq üçün alınan tədbirləri də müzakirə ediblər. Səhiyyə naziri Şura üzvlərinə hazırki ev şəraitindəki müalicə, eləcə də kovid otellər və xəstəxanalardakı mövcud vəziyyət barədə məlumat verib. Bundan sonra Xəstəliklərə Milli Nəzarət və İctimai Səhiyyə Mərkəzinin rəhbəri test prosesi barədə danışıb. Şura iclasında virusun yayılmasının qarşısını almağa kömək edəcək maskalardan istifadənin və məsafə saxlamağın vacibliyi də diqqətə çatdırılıb".
ŞƏRH YAZ
13