Bolnisidə Muğanlı sakinləri susuzluqdan etiraz edir |
11.11.2025 00:53
793
Hadisə
A
Bolnisidə Muğanlı sakinləri susuzluqdan etiraz edir | "Bizə vəd vermişdilər..." - VİDEO

Bolnisi bələdiyyəsinin Farizi - Bala Muğanlı kəndinin sakinləri uzun müddətdir içməli su çatışmazlığından əziyyət çəkirlər. Onların sözlərinə görə, suyu ya qonşu kəndlərdən gətirməli, ya da pulla almağa məcbur olurlar.

Mövcud vəziyyətə etiraz edən kənd sakinləri toplaşaraq problemin qısa zamanda həllini tələb ediblər. Onlar bildiriblər ki, Bala Muğanlıda su problemi illərdir davam edir və son illərdə vəziyyət daha da ağırlaşıb, kənd demək olar ki, tamamilə susuz qalıb. Sakinlərin sözlərinə görə, seçkilər ərəfəsində onlara su probleminin həll ediləcəyi vəd olunsa da, bu vəd hələ də yerinə yetirilməyib.

Bolnisi merinin Bala Muğanlı üzrə nümayəndəsi Əli Qurbanov problemin mövcudluğunu təsdiqləyib və su çatışmazlığının ciddi narahatlıq yaratdığını işarə edib. Onun sözlərinə görə, məsələ ilə bağlı artıq müvafiq orqanlara məlumat verilib və hazırda bələdiyyə tərəfindən həyata keçirilən su layihəsi başa çatdıqdan sonra problemin həlli planlaşdırılır.

Su İdarəsinin nümayəndəsi isə qeyd edib ki, problemin tam olaraq nə vaxt aradan qaldırılacağı hələlik məlum deyil. Onun sözlərinə görə, həmin vaxta qədər Bolnisi bələdiyyəsi əhalinin su ilə təmin olunması üçün müvəqqəti tədbirlər görəcək.

Daha ətraflı Aktual.ge xəbər portalının əməkdaşı Salo Salahlının hazırladığı süjeti təqdim edirik:

ŞƏRH YAZ
6