Türkiyə Akıncı - TİHA Gürcüstana doğru hərəkət edir
11.11.2025 21:20
1044
Hadisə
A
Türkiyə Akıncı - TİHA Gürcüstana doğru hərəkət edir

Türk Silahlı Qüvvələrinə məxsus bir Akıncı pilotsuz döyüş aparatının (TİHA), Gürcüstan hava məkanına doğru hərəkət etdiyi və qəzaya uğrayan C-130 hərbi nəqliyyat təyyarəsinin yerləşdiyi ərazidə kəşfiyyat uçuşu həyata keçirəcəyi bildirilib.

Aktual.ge xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, yüksək hündürlükdə kəşfiyyat və müşahidə qabiliyyətinə malik Akıncı pilotsuz döyüş aparatı (TİHA), aşkar olunan qəzaya uğramış təyyarənin qalıqlarının yerləşdiyi ərazi üzərində fəaliyyət göstərəcək. Uçuşun məqsədinin həm bölgədəki vəziyyəti görüntüləmək, həm də axtarış-xilasetmə qruplarına real vaxtda kəşfiyyat dəstəyi təmin etmək olduğu bildirilir.

Akıncı pilotsuz döyüş aparatının (TİHA) əməliyyata daxil edilməsi ilə yanaşı, Türkiyədən bölgəyə göndərilən A400M hərbi təyyarəsinin və araşdırma-ekspertiza qrupunun da qısa müddət ərzində hadisə yerinə çatması gözlənilir. Gürcüstan və türk rəsmiləri, qəzanın səbəblərinə dair məlumatların toplanması üçün koordinasiyalı şəkildə işləyirlər.

ŞƏRH YAZ
0