14.11.2025 13:50
377
Mədəniyyət
A
"Görüş zamanı Gürcüstanda yaşayan Qarapapaq Türklərinin təhsil, mədəniyyət və dil öyrənimi məsələləri müzakirə olunub" | Qəzənfər Məmmədov

Dünya Ahıskalı Türkler Birliyi nümayəndələri Yurtdışı Türklər və Akraba Topluluqlar Başqanı Cənab Abdulhadi Turus ilə görüş keçirib.

Aktual.ge xəbər verir ki, bu barədə Birliyin Gürcüstan nümayəndəsi Qəzənfər Məmmədov məlumat verib. 

"Görüş zamanı Gürcüstanda yaşayan Qarapapaq Türklərinin təhsil, mədəniyyət və dil öyrənimi məsələləri müzakirə olunub. Həmçinin vətəndaşlıq və oturum icazəsi (yaşayış icazəsi) ilə bağlı mövzulara toxunulub, icmanın hüquqi statusunun gücləndirilməsi və proseslərin asanlaşdırılması yolları araşdırılıb.

Cənab Hüseyn Kökün diqqəti və səmimiyyəti iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Görüş zamanı gələcəkdə birgə layihələr və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Dünya Ahıskalı Türkler Birliyi görüşün həm Gürcüstan Qarapapaq Türkləri, həm də ümumilikdə Türk soylu icmalar üçün önəmli addım olduğunu vurğulayıb. İştirakçılar Türk dünyasında birliyin, qarşılıqlı hörmətin və əməkdaşlığın möhkəmlənməsi üçün bu tip dialoqların davamlı olacağına ümid etdiklərini bildirib.

Başda Cənab Abdulhadi Turus olmaqla, Yurtdışı Türklər və Akraba Topluluqlar ailəsinə dəstək və diqqətinə görə təşəkkür ifadə olunub" , - Qəzənfər Məmmədov deyib.

O, bildirib ki, buradakı görüşdən sonra Türkiyə Prezident Sarayında Prezident Rəcəb Tayyib Ərdoğan ilə də Dünya Ahıskalı Türkler Birliyi nümayəndələrinin görüşü baş tutub.

ŞƏRH YAZ
6