Ağır yol qəzası gənc oğlanın həyatına son qoyub
22.11.2025 13:38
1138
Hadisə
A
Ağır yol qəzası gənc oğlanın həyatına son qoyub

Potidə baş vermiş yol-nəqliyyat hadisəsi bir gənc oğlanın həyatına son qoyub, bir nəfər isə yaralanıb.

Aktual.ge xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Mövcud məlumata görə, yüksək sürətlə hərəkət edən yüngül avtomobil əvvəlcə evakuatora çırpılıb, sürüşərək daha sonra treylerə dəyib. Hadisə nəticəsində 22 yaşlı gənc yerindəcə ölüb. Yaralanan şəxs təcili tibbi yardım briqadası tərəfindən Poti Hospitalına aparılıb. Həkimlərin məlumatına görə, onun vəziyyəti stabildir.

Hadisə yerinə patrul polisinin ekipajları cəlb edilib. Avtomobil yolunda hərəkət məhdudlaşdırılıb.

ŞƏRH YAZ
9