Kveşeti-Kobi yolunun tikintisi zamanı torpaq sürüşməsi baş verib: 4 nəfər ölüb
23.11.2025 22:33
567
Hadisə
A
Kveşeti-Kobi yolunun tikintisi zamanı torpaq sürüşməsi baş verib: 4 nəfər ölüb

Kveşeti-Kobi yolunun tikintisi zamanı torpaq sürüşməsi baş verib.

Aktual.ge xəbər verir ki, bu barədə məlumatı Avtomobil Yolları Departamenti yayıb.

Bildirilib ki, 4 nəfər Türkmənistan və Çin vətəndaşları torpaq altında qalaraq ölüb.

"Kveşeti–Kobi yolunun tikintisi zamanı, Zqeres kəndi yaxınlığında dayaq divarının qurulması işləri aparılarkən, ehtimal olunan torpaq sürüşməsi nəticəsində tikinti şirkətinin beş əməkdaşı – Türkmənistan və Çin vətəndaşları, torpaq kütləsinin altında qalıblar. Dörd meyit tapılıb, bir nəfər isə klinikaya aparılıb. Hadisə yerinə Fövqəladə Halların İdarəetmə Xidmətinin qrupları və Avtomobil Yolları Departamentinin nümayəndələri cəlb olunub. Faktla bağlı istintaq başlanılıb.

Avtomobil Yolları Departamenti podratçı şirkətdən təhlükəsizlik qaydalarına maksimum riayət olunmasını və işlərin gedişində bütün tələblərin ciddi şəkildə gözlənilməsini tələb edir. Departament həlak olanların ailələrinə başsağlığı verir" , – deyə açıqlamada qeyd olunub.

ŞƏRH YAZ
9