Tbilisinin Rustaveli prospektində, Parlamentin önündə fasiləsiz etirazların başlanmasının 1 ili tamam olması münasibətilə genişmiqyaslı etiraz aksiyası keçirilib.
Aktual.ge xəbər verir ki, aksiya əvvəlcə “İctimai Yayımçı” və Tbilisi Dövlət Universitetinin ərazilərindən başlanan yürüşlə start götürüb.
“Rejim istefa versin”, “Rejimin girovlarına azadlıq” kimi şüarların yazıldığı plakatlar daşıyan etirazçılar “Yaşasın Gürcüstan”, “Axıra qədər, axıra qədər!” şüarlarını səsləndiriblər.
Aksiyaçılar fasiləsiz etirazların bir il davam etməsinə baxmayaraq tələblərini dəyişməz saxlayırlar – yeni parlament seçkilərinin təyin edilməsi və aksiyalar zamanı saxlanılan şəxslərin azadlığa buraxılması tələb olunur.
Parlamentin qarşısına çoxlu sayda polis qüvvəsi cəlb edilib.
Xatırladaq ki, 28 noyabr tarixi Baş nazir İrakli Kobaxidzenin “Gürcü Arzusu”nun qərarına əsasən 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqların başlanmasının gündəmdə olmayacağını bəyan etməsindən 1 il ötür.
Həmin açıqlamadan sonra başlanan etirazlar artıq 366 gündür davam edir.



