Polşada Gürcüstan vətəndaşları üçün sadələşdirilmiş işə qəbul proseduru ləğv edilir
29.11.2025 00:45
751
Dünya
A
Polşada Gürcüstan vətəndaşları üçün sadələşdirilmiş işə qəbul proseduru ləğv edilir

1 Dekabrdan etibarən Polşada çalışmaq istəyən Gürcüstan vətəndaşları iş vizası əldə etmək üçün daha mürəkkəb prosedurlardan keçməli olacaqlar. Artıq vizalar əvvəlki kimi avtomatik verilməyəcək, qərar hər bir müraciət üzrə fərdi qaydada qəbul ediləcək və cavab həm müsbət, həm də mənfi ola bilər.

Aktual.ge yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Polşanın Əmək və Sosial Siyasət nazirinin yeni qərarına əsasən, sadələşdirilmiş viza verilən ölkələrin siyahısı cəmi bir neçə dövləti əhatə edir – Ukrayna, Moldova, Ermənistan və Belarus. Gürcüstan bu siyahıdan çıxarılıb. 

Polşanın Ailə, Əmək və Sosial Siyasət naziri tərəfindən qəbul edilən və 2025-ci il 21 noyabr tarixində təsdiqlənmiş yeni tənzimləmə, hansı ölkələrin vətəndaşlarının əcnəbi üçün iş öhdəliyinə dair iş vəsiqəsi yararlana biləcəyini müəyyən edir.

1 dekabrdan qüvvəyə minən yeni qaydalara əsasən, sadələşdirilmiş prosedurlar, o cümlədən əcnəbi üçün iş öhdəliyinə dair iş vəsiqəsi, aşağıdakı ölkələrin vətəndaşlarına şamil olunacaq:

  • - Ermənistan Respublikası

  • - Belarus Respublikası

  • - Moldova Respublikası

  • - Ukrayna

Əsas dəyişiklik: Gürcüstan vətəndaşları bu siyahıdan çıxarılıb.

Yeni tənzimləmə Gürcüstan vətəndaşları üçün müəyyən istisnalar nəzərdə tutur, lakin yalnız müəyyən şərtlərlə:

Keçid müddəası: Bu tənzimləmə qüvvəyə minməzdən əvvəl iş öhdəliyinə dair sənədi (əcnəbi üçün işin həvalə olunması barədə qeydiyyata alınmış bəyyanamə) olan Gürcüstan vətəndaşları həmin sənədin müddəti bitənədək işləməyə davam edə bilərlər.

Davam edən işlər: Qaydanın qüvvəyə minmə tarixinədək başlanmış, lakin yekunlaşmamış prosedurlara köhnə tənzimləmə tətbiq ediləcək.

Tam adı “Ailə, Əmək və Sosial Siyasət nazirinin 2025-ci il 21 noyabr tarixli qərarı – hansı ölkələrin vətəndaşlarına əcnəbi üçün iş öhdəliyinə dair ərizə və mövsümi iş icazəsinə dair bəzi müddəaların şamil edilə biləcəyi haqqında” olan bu tənzimləmə Polşa Respublikası qanunvericilik qəzetində (Dz. U. poz. 1617) 2025-ci il 25 noyabr tarixində dərc olunub.

Bu sənəd 2017-ci il 8 dekabr tarixli əvvəlki nazir qərarını əvəzləyir və həmin qərar 1 dekabrdan etibarən qüvvədən düşür.

ŞƏRH YAZ
10