Polis Tbilisidə baş vermiş qəsdən adam öldürməyə cəhd faktı üzrə bir şəxsi saxlayıb.
Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, istintaqla müəyyən edilib ki, mübahisə zəminində təqsirləndirilən şəxs odlu silahdan atəş açaraq 39 yaşlı şəxsi yaralayıb və hadisə yerindən qaçıb.
Polis şübhəlini Tsxaltubo bələdiyyəsində saxlayıb.
“Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları 1999-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş T.Q.-ni qəsdən adam öldürməyə cəhd ittihamı ilə saxlayıblar.
İstintaq müəyyən edib ki, mübahisə zəminində təqsirləndirilən şəxs odlu silahdan atəş açaraq 1986-cı il təvəllüdlü A.T.-ni yaralayıb və hadisə yerindən qaçıb.
Yaralı kişi xəstəxanaya yerləşdirilib və ona müvafiq tibbi yardım göstərilib.
Hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaq tədbirləri nəticəsində T.Q. Tsxaltubo bələdiyyəsi ərazisində şübhəli şəxs qismində saxlanılıb.
Cinayət 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Qəsdən adam öldürməyə cəhd faktı üzrə istintaq Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə aparılır”,- məlumatda deyilir.