Bu gün Türkiyə Superliqasının 15-ci turunda İstanbul derbisi baş tutacaq.
Aktual.ge məlumat verir ki, derbidə əzəli rəqiblər “Fənərbaxça” və “Qalatasaray” üz-üzə gələcək.
Qarşılaşma Tbilisi vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, “Qalatasaray” hazırda 32 xalla liderdir. Rəqibindən bir xal az toplayan meydan sahibləri ikinci pillədə qərarlaşıb.
“Fənərbaxça”–“Qalatasaray” derbisi (yəni Fenerbahçe–Galatasaray rəqabəti) dünyanın ən böyük derbilərindən biri hesab olunur. “FourFourTwo” jurnalının 2025-ci il üçün tərtib etdiyi “Dünyanın ən böyük 33 derbisi” siyahısında bu derbi dünya üzrə 4-cü yerdə göstərilib. Siyahının birinci pilləsində Argentinanın “Boca Juniors”–“River Plate”, ikinci pilləsində İspaniyanın “El Clásico” adı ilə tanınan “Barcelona”–“Real Madrid”, üçüncü pilləsində isə Şotlandiyanın “Celtic”–“Rangers” derbisi qərarlaşıb.