Türkmənistan, Azərbaycan, Gürcüstan və Rumıniya birgə marşrut yaradacaq
01.12.2025 11:33
219
İqtisadiyyat
A
Türkmənistan, Azərbaycan, Gürcüstan və Rumıniya birgə marşrut yaradacaq

Türkmənistan, Azərbaycan, Gürcüstan və Rumıniya 2025-ci ilin dekabrında Xəzər dənizi-Qara dəniz beynəlxalq nəqliyyat marşrutunun yaradılmasına dair saziş imzalamağı planlaşdırır.

Aktual.ge xəbər verir ki, bu barədə Türkmənistan KİV məlumat yayıb.

“Yeni marşrut Xəzər regionu ilə Avropa İttifaqı arasında multimodal körpü yaradacaq, daşıma variantlarını genişləndirəcək və logistika zəncirlərinin dayanıqlığını artıracaq”, - məlumatda qeyd olunub.

ŞƏRH YAZ
1