Dekabrın 2-də Gürcüstanda yağış, bəzi yerlərdə ildırım, küləyin güclənməsi və dağlıq ərazilərdə qar gözlənilir, 3 dekabrdan isə hava əsasən yağıntısız olacaq.
Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Bildirilib ki, paytaxt Tbilisidə 2 və 4 dekabrda zəif yağış gözlənilir, 3 dekabrda isə yağıntısız hava olacaq. Günorta saatlarında hava temperaturu +10, +12° təşkil edəcək.
Sahil bölgəsində:
Batumi, Kobuleti, Anaklia, Poti
2 dekabrda yağış, külək və fırtınalı dalğalanma gözlənilir, 3 dekabrdan isə hava açıq olacaq. Hava temperaturu +14, +16° olacaq.
Kartli bölgəsində:
Rustavi, Bolnisi, Marneuli, Gardabani, Qori, Tskhinvali:
2 və 4 dekabrda bəzi yerlərdə zəif yağış gözlənilir, 3 dekabrda yağıntısız hava olacaq. Temperatur +11, +13° olacaq.
Kaxeti bölgəsində:
Sagarejo, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistsqaro:
2 və 4 dekabrda bəzi yerlərdə zəif yağış gözlənilir, 3 dekabrda yağıntısız hava olacaq. Temperatur +10, +12° olacaq.