Bu gündən, 2025-ci il dekabrın 1-dən etibarən Gürcüstan vətəndaşları üçün Polşada işləmək icazəsinin sadələşdirilmiş prosedurları ləğv edilir.
Aktual.ge xəbər verir ki, məlumatı ölkənin Ailə, Əmək və Sosial Siyasət Nazirliyi yayıb.
25 noyabrda Polşa hökumətinin təsdiqəmiş əmrinə əsasən, bundan sonra Polşada işləmək icazəsi almaq üçün Gürcüstab vətəndaşları standart prosedurlardan keçməli olacaqlar.
Məlumat üçün bildirək ki, indiyədək yalnız işəgötürən tərəfindən xüsusi bəyannamənin doldurulması və onun elektron qaydada Əmək Nazirliyinə göndərilməsi kifayət edirdi.
Əmrə əsasən, hazırda sadələşdirilmiş icazədən istifadə edən şəxslər bu hüququ icazənin müddəti bitənə qədər istifadə edə biləcəklər. Hər bir icazənin maksimum müddəti 2 ildir.
Nazirliyin məlumatına görə, sadələşdirilmiş qaydalar yalnız aşağıdakı ölkələrin vətəndaşlarına şamil olunacaq: Ermənistan, Belarus, Moldova və Ukrayna. Gürcüstan isə artıq siyahıdan çıxarılıb.