50 min dollar tələb edən dəstə iki avtomobili yandırıb | Prokurorluqdan AÇIQLAMA
02.12.2025 00:46
2005
Kriminal
A
50 min dollar tələb edən dəstə iki avtomobili yandırıb | Prokurorluqdan AÇIQLAMA

Gürcüstan Prokurorluğu böyük məbləğdə vəsaitin qrup halında hədə-qorxu ilə tələb edilməsi və başqasının əmlakının məhv edilməsi faktları üzrə iki nəfərə ittiham irəli sürüb.

Aktual.ge xəbər verir ki, bu barədə əlumatı Baş Prokurorluq yayıb. 

Qurumun məlumatına görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılmış istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər əvvəlcədən razılaşaraq, qrup şəklində, pul tələb etmək məqsədilə zərərçəkmişin həyətində hədələyici məktublar qoyublar və həmin məktublarda 50 min ABŞ dolları tələb ediblər. Əks halda ağır nəticələrin olacağı barədə xəbərdarlıq edib, o cümlədən ölüm təhdidi səsləndiriblər. Bu hədələrin real görsənməsi üçün təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda zərərçəkmişə məxsus həyətdə dayanmış iki avtomobili yandırıblar.

Konkret hadisənin harada baş verdiyi açıqlanmayan məlumatda qeyd olunub:

“Mütəmadi həyata keçirilən tədbirlər nəticəsində hüquq-mühafizə orqanları hər iki şəxsi saxlayıb.

Saxlanılanlardan birinə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 181-ci maddəsinin 2-ci hissəsinin 'a', 'b', 'g' bəndləri ilə (hədə-qorxu ilə tələb etmə – yəni başqasına məxsus əşyanın verilməsini tələb etmə, zərərçəkmişə və onun yaxın qohumuna qarşı zorakılıq və əmlakın məhv edilməsi ilə hədələmə; qrup halında, dəfələrlə, böyük məbləğdə əmlak əldə etmək məqsədilə törədildikdə) və 187-ci maddənin 2-ci hissəsinin 'a' və 'g' bəndləri ilə (başqasının əmlakını yandırmaqla qrup halında məhv etmə, nəticədə əhəmiyyətli zərər vurma) ittiham irəli sürülüb. Bu maddələr 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Digər saxlanılan şəxsə isə 181-ci maddənin 2-ci hissəsinin 'a', 'b' və 3-cü hissəsinin 'b' bəndləri ilə (hədə-qorxu ilə tələb etmə – xüsusilə qrup halında, zərərçəkmişə və onun yaxınlarına qarşı zorakılıq və əmlakı məhv etməklə hədələmə; həmçinin iki dəfə başqasının əmlakını qanunsuz mənimsəməyə görə məhkum olunmuş şəxsin törətməsi; böyük məbləğdə əmlak əldə etmək məqsədilə) və 187-ci maddənin 2-ci hissəsinin 'a' və 'g' bəndləri ilə ittiham irəli sürülüb. Bu maddələr isə 9 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Prokurorluğun vəsatəti əsasında məhkəmə təqsirləndirilən şəxslər barəsində qətimkan tədbiri kimi həbs seçib” ,  - məlumatda deyilir.

ŞƏRH YAZ
3