Marneulidə toyda olan ailənin evini qarət ediblər
02.12.2025 10:47
1314
Kriminal
A
Marneulidə toyda olan ailənin evini qarət ediblər

Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndində bir ev qarət edilib.

Aktual.ge-nin əldə etdiyi məlumata görə, hadisə axşam saatlarında baş verib.

Məlumata əsasən, ev sahibləri toyda olduqları vaxt naməlum şəxslər evə daxil olaraq qızıl-zinət əşyaları və pul oğurlayıblar.

Hadisə bağlı Aktual.ge xəbər portalının sorğusuna Daxili İşlər Nazirliyindən bildirilib ki, istintaq Cinayət Məcəlləsinin 177-ci maddəsi (özgənin əmlakının gizli yolla mənimsənilməsi — oğurluq) ikinci hissəsi üzrə aparılır.

ŞƏRH YAZ
6