Marneulidə dəhşətli cinayət: Gənci soyundurub video ilə şantaj edən dəstə tutuldu
02.12.2025 11:01
1776
Kriminal
A
Marneulidə dəhşətli cinayət: Gənci soyundurub video ilə şantaj edən dəstə tutuldu

Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları qrup halında törədilmiş hədə-qorxu ilə tələb etmə, azadlığın qanunsuz məhdudlaşdırılması, şəxsi həyata dair məlumatların qanunsuz istifadəsi, qeyri-insani rəftar və intihara cəhdə qədər çatdırma ittihamları ilə keçmişdə müxtəlif cinayətlərə görə məhkum olunmuş üç nəfəri – 2001-ci il təvəllüdlü E.G.-ni, 2002-ci il təvəllüdlü N.A.-nı və 2000-ci il təvəllüdlü A.M.-i saxlayıb.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat verib.

“Müstəntiqlərin müəyyən etdiyinə görə, 2003-cü il təvəllüdlü R.B. ötən ilin yayında həmkəndliləri A.M. və N.A. ilə birlikdə kart oynayıb. Oyun bitdikdən sonra həmin şəxslər R.B.-yə bildiriblər ki, o, guya 20 000 lari uduzub və mərci ödəməlidir. Daha sonra A.M. və N.A. öz dostları E.G. ilə birlikdə R.B.-dən hədə-qorxu və fiziki zor tətbiq etməklə 6 500 ABŞ dolları və 2 800 lari alıblar.

Bir müddət keçdikdən sonra təqsirləndirilən şəxslər R.B. ilə yenidən əlaqə saxlayaraq ondan 10 000 lari tələb ediblər. 28 noyabrda isə onun azadlığını qanunsuz məhdudlaşdıraraq Marneuli bələdiyyəsində insan yaşamayan əraziyə aparıblar, fiziki zorakılıq göstəriblər, soyundurublar, foto və video çəkiblər və günün sonuna qədər pulu ödəməsə, həmin materialları yayacaqları ilə hədələyiblər. Bundan sonra R.B. intihara cəhd edib.

Aparılmış əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində E.G., N.A. və A.M. təqsirləndirilən şəxs qismində saxlanılıblar.

Cinayətlər 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 144-cü prim, 115-ci, 143-cü, 157-ci prim və 181-ci maddələri ilə aparılır”, - DİN-in yaydığı məlumatda deyilir.

ŞƏRH YAZ
6