Parlamentin sədr müavini BBC-nin qalmaqallı süjetinə belə reaksiya verdi
02.12.2025 11:06
291
Siyasət
A
Parlamentin sədr müavini BBC-nin qalmaqallı süjetinə belə reaksiya verdi

"Sanki artıq heç nəyə təəccüblənməməli idik, xüsusilə də BBC telekanalı Donald Trampın sözlərini birbaşa efirdə dəyişdirib saxtalaşdırdıqdan sonra. Amma görünür, bu anti-rekordu da özləri yenilədilər".

Aktual.ge xəbər verir ki, Gürcüstan Parlamentinin sədr müavini Nino Tsilosani, BBC tərəfindən yayılan iddialı süjetə belə münasibət bildirib.

Onun sözlərinə görə, Gürcüstan polisini Birinci Dünya müharibəsi dövrünə aid kimyəvi silahdan istifadə etməkdə, hər hansı bir sübut olmadan, yalnız radikalların açıqlamalarına əsaslanaraq ittiham edirlər. Bu isə göstərir ki, BBC artıq o standartlardan imtina edib ki, əvvəllər bir cinayəti ittiham etmək üçün minimum dəlil tələb olunurdu.

“O vaxtdan bəri heç nəyə təəccüblənməməli idik – BBC Donald Trampın sözlərini birbaşa efirdə dəyişib saxtalaşdırandan sonra – amma bu anti-rekordu da özləri yenilədilər. Tamamilə anlaşılmaz və statusuz radikalların açıqlamalarına, bir neçə göz yaşlı etirazçının ifadəsinə və heç bir sübuta əsaslanmadan, indi Gürcüstan polisini Birinci Dünya müharibəsi dövrünün kimyəvi silahından istifadə etməkdə günahlandırırlar.

Görünür, BBC artıq o standartı geridə qoyub ki, cinayəti kiməsə yükləmək üçün heç olmasa minimal sübut tələb olunurdu.

Əslində, Ağ Evin rəsmi saytında artıq bu vaxtilə yüksək reputasiyalı media qurumunun dezinformatorlar siyahısında yer aldığını açıq şəkildə görürük”, - deyə Nino Tsilosani sosial şəbəkədə yazıb.

ŞƏRH YAZ
6