TƏCİLİ: Rusiyadan Gürcüstana hərəkət edən gəmi Türkiyə sahillərində hücuma məruz qalıb
02.12.2025 11:22
314
Dünya
A
TƏCİLİ: Rusiyadan Gürcüstana hərəkət edən gəmi Türkiyə sahillərində hücuma məruz qalıb

Rusiyadan Gürcüstana gələn gəmi hücuma məruz qalıb.

Aktual.ge Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Dənizçilik Baş İdarəsinin məlumat yayıb.

Bildirib ki, gəmi günəbaxan yağları daşıyırmış.

"MIDVOLGA-2 tankeri Rusiyadan Gürcüstana günəbaxan yağı yüklü səfər edərkən sahillərimizdən 80 mil uzaqda hücuma məruz qaldığını bildirib. Hazırda gəmidəki 13 ekipaj üzvünün vəziyyəti normaldır və yardım tələb olunmur. Gəmi mühərrikləri ilə Sinopa doğru səfərini davam etdirir" , - Türkiyə Dənizçilik Baş İdarəsi "X" platformasında yazıb. 

ŞƏRH YAZ
5