Nazir qərar verdi: Məktəblərdə bütün dərslikləri dəyişəcəyik
02.12.2025 13:07
327
Mədəniyyət
A
Nazir qərar verdi: Məktəblərdə bütün dərslikləri dəyişəcəyik

“Biz 2–3 il ərzində məktəblərdə bütün dərslikləri dəyişəcəyik. Nazirlik dərsliklərin yazılmasına məsuliyyət götürəcək”.

Aktual.ge xəbər verir ki, bunu Təhsil naziri Qivi Mikanadze təhsil islahatının təqdimatı zamanı çıxışında bildirib.

Onun sözlərinə görə, bütün məktəblərdə vahid dərslik tətbiq olunacaq ki, bu da vahid yanaşmanı və standartı təmin edəcək.

“Tamamilə yeni dərsliklər hazırlanacaq. Bunun üçün nazirlik son 6 ay ərzində müxtəlif fənlər üzrə ekspert qruplarını seçmə prosedurları vasitəsilə müəyyən edib və nazirlik dərsliklərin yazılmasına məsuliyyət götürəcək. Bu dərsliklər aşağıdakı standart üzrə tətbiq olunmalıdır: eyni fənn üzrə bütün məktəblərdə bir dərslik olacaq. Artıq müxtəlif dərsliklər olmayacaq və bütün məktəblərdə vahid yanaşma, vahid standart və vahid keyfiyyət olacaq. Bu isə bizə vahid tanınma, keyfiyyətin təminatı, prosesə çıxış və ən əsası – ölçüləbilənlik imkanını yaradacaq” , - deyə Qivi Mikanadze qeyd edib.

ŞƏRH YAZ
5