9-cu siniflərə şad xəbər | 11 illik təhsil sistemi bu tarixdən qüvvəyə minir
02.12.2025 13:16
491
Maraqlı
A
9-cu siniflərə şad xəbər | 11 illik təhsil sistemi bu tarixdən qüvvəyə minir

“Biz 11 illik təhsil sisteminə 2027–2028-ci tədris ilindən keçəcəyik. Hazırda doqquzuncu sinifdə oxuyan şagirdlər məktəbdə on birinci sinfi bitirməli olacaqlar”.

Aktual.ge xəbər verir ki, bu barədə  Gürcüstanın Təhsil naziri Qivi Mikanadze məlumat verib.

Onun sözlərinə görə, on ikinci sinifdə oxumaq istəyənlər üçün hər ilin mart ayında qeydiyyat portalı açılacaq. İstək bildirənlər həmin portala daxil olub qeydiyyatdan keçə biləcəklər, daha sonra isə qeydiyyatdan keçənlərin sayına uyğun olaraq ayrı-ayrı orta məktəblərdə on ikinci sinif açılacaq.

“11 illik təhsil sisteminə keçidi biz 2027–2028-ci tədris ilindən başlayacağıq. Hazırda doqquzuncu sinifdə oxuyanların məktəbdə on birinci sinfi başa vurması tələb olunacaq. Həmçinin qeyd etdiyim kimi, on ikinci sinifdə təhsil almaq istəyən gənclər üçün hər ilin mart ayında qeydiyyat portalı açılacaq və onlar qeydiyyatdan keçə biləcəklər. Qeydiyyatdan keçənlərin sayına uyğun olaraq, müxtəlif şəhər və bələdiyyələrdə, müəyyən orta məktəblərdə on ikinci sinif açacağıq. Gənclərə həm on birinci, həm də on ikinci sinifin attestatını almaq imkanı yaradacağıq” , - deyə Qivi Mikanadze bildirib.

ŞƏRH YAZ
8