6 yaşı tamam olmayan uşaqlar məktəbə qəbul ola bilməyəcək
02.12.2025 11:02
278
Siyasət
A
6 yaşı tamam olmayan uşaqlar məktəbə qəbul ola bilməyəcək

"Qərara gəldik ki, gələn ildən etibarən məktəbə qəbul olmaq imkanı yalnız 15 sentyabra (həmin gün də daxil olmaqla) 6 yaşı tamam olan uşaqlara şamil olunsun".

Aktual.ge xəbər verir ki, bunu Təhsil naziri Qivi Mikanadze ümumi təhsil islahatının milli konsepsiyasının təqdimatında bildirib.

Onun sözlərinə görə, müəyyən edilib ki, 6 yaşdan kiçik uşaqların tədris prosesinə tam inteqrasiya olunması çətinlik yaradır.

“Qeyd olundu ki, məktəbə daxil olan 6 yaşdan kiçik uşaqlar sosial-emosional vəziyyət və hazırlıq baxımından tədris prosesinə tam inteqrasiya olmaqda çətinlik çəkirlər. Buna görə də, hədəflərimizdən və 11 illik təhsil prosesinə keçid nəzərə alınaraq qərara aldıq ki, gələn ildən başlayaraq və növbəti hər il, yalnız həmin ilin 15 sentyabrına qədər (o gün də daxil olmaqla) 6 yaşı tamam olan uşaqlar məktəbə qəbul oluna bilsin” , - deyə nazir bildirib.

 

 

ŞƏRH YAZ
5