“2026-cı ilin yanvar ayında müəllimlərin karyera inkişafının yeni sxemi təsdiqlənəcək”.
Aktual.ge xəbər verir ki, bu barədə Təhsil naziri Qivi Mikanadze bildirib.
Nazirin sözlərinə görə, bununla yanaşı əməkhaqqının artım komponenti üzərində iş davam etdiriləcək.
“Bu sxemin müzakirəsi təxminən bir ay ərzində Gürcüstanın bütün regionlarında və böyük şəhərlərində aparıldı, lakin biz dekabrın sonunadək bu məsələnin sizinlə birlikdə ətraflı müzakirəsini davam etdirməyi və yalnız bundan sonra təsdiqləməyi planlaşdırırıq. Bu, hər bir müəllimə özünü reallaşdırmaq imkanı verəcək. Təkcə lokal, məktəb səviyyəsində deyil, həm də rayon, bələdiyyə və milli səviyyədə. Bununla yanaşı, əlbəttə ki, əməkhaqqının artım komponenti üzərində də işi davam etdirəcəyik, çünki bu, konsepsiyanın mühüm hissəsidir” , - deyə Qivi Mikanadze qeyd edib.